Qırğızıstan parlamenti dekabrın 20-də keçirilən iclasda dövlət bayrağına dəyişiklik edilməsi ilə bağlı qanun layihəsini qəbul edib.

“Dövlət rəmzləri haqqında” qanuna dəyişikliklər ikinci və üçüncü oxunuşlarda qəbul edilib. Parlamentin 59 deputatı qanun layihəsinin lehinə, 5 deputat isə əleyhinə səs verib.

Qeyd edək ki, dövlət bayrağındakı elementlərdə dəyişiklik etmək təşəbbüsü parlamentin spikeri Nurlanbek Şakiyev və deputat Ulan Primov tərəfindən irəli sürülüb. Bayraqdakı dalğavari şüaları günəş şüalarına açıq şəkildə bənzəyən forma ilə əvəzlənməsi təklif edilib. Həmçinin yeni eskizdə bayraqdakı “günəşin nüvəsi” üzərində kəsişən xətlərin sayı 3 deyil, 4-dür.