Sumqayıt Dövlət Dram Teatrında türkiyəli yazar Tuncər Cücənoğlunun “Uçqun” əsəri üzrə hazırlanmış tamaşaya daxili baxış keçirilib.

Tamaşanın quruluşçu rejissoru Vasif Məmmədov, quruluşçu rəssamı Nizami Dadaşov, musiqi tərtibatçısı  sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman Qəniyevdir. Əsər insanların daxilindəki xofdan, tabudan, zərərli köhnə adətlərdən qurtulmaq, mübariz olmaq, sevgisinin arxasında dayanmaq kimi dəyərlərdən bəhs edir.

Nümayişdən sonra müzakirədə teatrın direktor əvəzi Əməkdar artist Vidadi Məmmədov, baş rejissor Xalq artisti Firudin Məhərrəmov, bədii şura və yaradıcı heyətin üzvləri fikirlərini bölüşüblər. Tamaşanın ümumən uğurlu alındığı vurğulanıb və yanvar ayında premyeranın keçirilməsi qərara alınıb.