Görkəmli rus bəstəkarı Sergey Raxmaninovun (1873-1943) 150 illik yubileyi münasibətilə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert keçirilib.

Gecədə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (bədii rəhbər və baş dirijor, Əməkdar artist Fuad İbrahimov) müşayiəti ilə solistlər – Xalq artistləri Fərhad Bədəlbəyli, Yeganə Axundova, Murad Adıgözəlzadə (hər üçü piano) çıxış ediblər.

Konsertdə S.Raxmaninovun “2 saylı simfoniya”, “Piano və orkestr üçün 2 saylı konsert” və “İki piano və orkestr üçün 2 saylı süita” əsərləri səsləndirilib.