Azərbaycan Universitetində (AU) Ümummilli liderin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan Heydər Əliyevin şah əsəridir” mövzusunda esse müsabiqəsi keçirilib. Müsabiqə Ümummilli lider Heydər Əliyevin zəngin və çoxşaxəli siyasi irsinin tələbələr tərəfindən araşdırılması və öyrənilməsi məqsədilə təşkil olunub. Müsabiqədə 20-yə yaxın tələbə iştirak edib. AU-nun Tərcümə və filologiya kafedrasının müəllimlərindən ibarət münsiflər heyəti tərəfindən esselər dəyərləndirilib. İngilis dili və ədəbiyyatı ixtisası üzrə IV tələbəsi Sevinc Türbəndəyeva I, dövlət və ictimai münasibətlər ixtisasının 2-ci kurs tələbəsi Nuranə Məmmədova II, Fəzilə Aydəmirova (Azərbaycan dili və ədəbiyyatı, II kurs) III yerə layiq görülüb. 

Qaliblərə sertifikat və hədiyyə ilə təltif olunub. Digər iştirakçılara isə sertifikatla təqdim edilib.