Akademik Milli Dram Teatrında gündə dörd seans olmaqla (saat 10:00, 12:00¬, 14:00 və 16:00) “Buzlar ölkəsində” adlı nağıl-tamaşa nümayiş olunur.

Yanvarın 5-dək təqdim edəcək səhnə əsərinin aktyor heyətində Əməkdar artistlər Mehriban Xanlarova, Rəşad Bəxtiyarov, Sevinc Əliyeva, Elxan Quliyev, Mətləb Abdullayev, aktyorlar Şəhla Əliqızı, Rada Nəsibova, Xədicə Novruzlu, Ramin Şıxəliyev, Firuzə Balayeva, Vüsal Mustafayev, Dilarə Nəzərova, Lalə Süleymanova və Nəzrin Abdullayeva yer alır.

Tamaşanın rejissoru Əlif Cahangirli, musiqi tərtibatçısı Kamil İsmayılovdur.

Səhnə əsəri Anar Sadıqovun müəllifi olduğu nağıl əsasında hazırlanıb.

Biletləri teatrın kassasından və iticket.az saytından əldə etmək mümkündür.