Qusar Dövlət Ləzgi Dram Teatrının 2024-cü il üzrə repertuar planı zəngindir.

Janr, mövzu və tamaşaçı auditoriyasına görə fərqli əsərləri səhnəyə gətirən yaradıcı heyət bu dəfə yerli müəlliflərdən Mirzəli Rüstəmovun “Yeni müdir” komediyasına (rejissor Faiq Qardaşov) müraciət edib. Tamaşanın məşqləri başlayıb.

Uşaqları da unutmayan teatr təmsilçiləri Vüqar Haqverdiyevin “Saçları səməni oğlan” əsərinin tamaşasını (rejissor Bağır Əhmədov) Novruz bayramı günlərində təqdim edəcəklər.

Növbəti səhnə işi böyük dramaturq Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-mərdi-xəsis” əsərinin tamaşası (rejissor F.Qardaşov) olacaq.

Avqsenti Saqarelinin məşhur “Xanuma”sı isə (rejissor Bağır Əhmədov) bu ilin planında son tamaşa kimi nəzərdə tutulub.

Bunlardan başqa, teatr kollektivi rayon miqyaslı mədəni tədbirlər, xüsusi təqvim günləri ilə bağlı tamaşa-kompozisiyalar da hazırlayacaq.