Naxçıvan Dövlət Universitetinin (NDU) kitabxanasında bu təhsil ocağının Xalq çalğı alətləri kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Bənövşə Rzayevanın “Ululu Kərim” kitabının təqdimatı keçirilib.

NDU-nun elmi katibi Orxan Cəfərov müəllifin tədqiqatları haqqında məlumat verib.

Muzeyşünaslıq, arxiv işi və kitabxanaçılıq kafedrasının dosenti Sədaqət Nemət, AMEA-nın Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutu Onomastika şöbəsinin müdiri dosent Firudin Rzayev və digər çıxış edənlər kitabın elmi məziyyətlərindən söz açıblar.

Azərbaycan Bəstəkarlar İttifaqının katibi, musiqişünas, professor Zemfira Qafarova və folklorşünas, publisist Əli Şamil də tədbirə onlayn qoşularaq kitab haqqına fikirlərini bölüşüblər.

Çıxışlardan sonra Ululu Kərimin sözləri üstündə aşıq havaları səsləndirilib.

Müəllif Bənövşə Rzayeva tədbir təşkilatçılarına və çıxış edənlərə minnətdarlığını bildirib.

Qeyd edək ki, XVIII əsrin sonu –  XIX əsrdə yaşamış el şairi Ululu Kərim Qərbi Azərbaycanda doğulub, sonradan Naxçıvanın Şahbuz rayonunda məskunlaşıb, orada dünyasını dəyişib.

El şairi haqqında kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Mahmud Allahmanlı, rəyçiləri – sənətşünaslıq elmləri doktoru, professor Nailə Rəhimbəyli və filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədlidir.