Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Neftçala rayon Heydər Əliyev Mərkəzi və Salyan Dövlət Kukla Teatrında “Hozu dayə” komediya filmi nümayiş olunub.

Nümayişdən əvvəl filmin yaradıcı heyəti tamaşaçılarla görüşüb, onları maraqlandıran suallar cavablandırılıb.

Sonra ekran işi təqdim olunub. Film tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, Məcid Hüseynov, Zemfira Əbdülsəmədova, Aqil M.Quliyev, Samir Ələsgərov və Tərlan Nuryaşar kimi tanınmış aktyorun yer aldığı filmin quruluşçu rejissoru İlham Yaşaroğludur.