Gəncə şəhər Heydər Əliyev Mərkəzinin fəaliyyətə başlamasının 10 illiyi ilə əlaqədar dəyirmi masa təşkil olunub.

Tədbirdə Gəncə-Daşkəsən RMİ-nin nümayəndələri, idarənin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərinin direktorları və digər qonaqlar iştirak ediblər.

Mərkəzin əməkdaşları 10 il ərzində görülən işlər, keçirilən layihələr barədə danışıblar. Tədbir iştirakçıları mərkəzin kollektivinə təbriklərini çatdırıb, işlərində uğurlar arzulayıblar.