Quba-Xaçmaz RMİ-nin təşkilatçılığı ilə Quba rayon MKS-nin Mərkəzi Kitabxanasının uşaq şöbəsi tərəfindən Quba şəhər 7 saylı körpələr evi-uşaq bağçasında Məhəmməd Füzulinin 530 illiyi ilə əlaqədar “Meyvələrin söhbəti” əsərindən oxu keçirilib.

Kitabxana əməkdaşları balacalara “Meyvələrin söhbəti”ndən parçalar oxuyublar. Uşaqlar bildikləri şeirlərdən parçalar söyləyiblər. Uşaqların maraq dairəsinə uyğun olaraq müxtəlif nağıl qəhrəmanları haqqında sual-cavab da keçirilib.