Astara rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsində “Əlyazısı günü” (23 yanvar) və Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi münasibətilə “Təmiz ətraf mühit, sağlam gələcək” mövzusunda inşa-yazı müsabiqəsi keçirilib.

Müsabiqədə Astara şəhər M.Ə.Sabir adına 1 və 5 saylı tam orta məktəblərin V sinif şagirdləri iştirak ediblər. Qaliblərə fəxri fərman və hədiyyələr təqdim olunub.

***

Masallı rayon Heydər Əliyev Mərkəzində GİKM-in Lənkəran-Astara regional nümayəndəliyinin Masallı bölməsi ilə birgə “Yaşıl dünya naminə həmrəylik ili” münasibətilə gənclərlə görüş keçirilib.

Çıxışlarda qeyd olunub ki, bu gün dünyanı narahat edən problemlərdən biri də iqlim dəyişmələridir. Ölkəmiz də bu problemin təsirindən kənarda qalmayıb. Kənd təsərrüfatı, su resursları, enerji, meşə, turizm, səhiyyə sektoru və sahilyanı zonaları Azərbaycanda iqlim dəyişikliyinə həssasdır.

Sonda gənclərlə mövzu ətrafında, eləcə də gələcəkdə keçiriləcək maarifləndirici tədbirlər, təlimlər haqqında müzakirələr aparılıb.