Lənkəran-Astara RMİ-nin təşkilatçılığı ilə adı iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun (1910–1945) anadan olmasının 114-cü ildönümünə həsr edilmiş tədbir keçirilib.

Lənkəran-Astara RMİ-nin rəisi Bəxtiyar Qılıncov, idarənin  məsul işçiləri və Lənkəran şəhərində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin rəhbərləri əvvəlcə generalın abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər.

Sonra tədbir iştirakçıları Lənkəran şəhərində Həzi Aslanovun Ev-Muzeyinə baş çəkiblər. Muzeyin direktoru Həcər Nəsirova H.Aslanovun Azərbaycan xalqının yetirdiyi görkəmli sərkərdələrdən biri olduğunu qeyd edib. Generalın həyat və döyüş yolu, qəhrəmanlığı haqqında məlumat verilib.

Sonda RMİ-nin rəisi muzeyin xatirə kitabına ürək sözlərini yazıb.