Mingəçevir Dövlət Dram Teatrında İsi Məlikzadənin “Subaylarınızdan görəsəniz” komediyası tamaşaya qoyulur.

Əsərə Xalq artisti Valeh Kərimov quruluş verir. Tamaşanın quruluşçu rəssamı Pakizə Adilbəyli, musiqi tərtibatçısı Elnur Rəsulov, rejissor assistenti Məlahət Ağayevadır.

Rolları əməkdar artist Şıxı Yaqubov, aktyorlar Afət Əliyeva, Turqut Məsimli, Hüseyn Mustafayev, Aytən İsmayılova, Vəfa İsmayılova, Elvin Əkbərli, Cavidan Abdullayev, İbrahim Salamov, Asim Əmirov və başqaları ifa edirlər.

Mingəçevir Dövlət Dram Teatrının cari il üçün yaradıcılıq planında “Hacı Qara” (M.F.Axundzadə), “Ceyhunun zaman maşını” (A.Həsənoğlu) və “Həyatla oyun” (A.Soltan) tamaşalarının hazırlanması da nəzərdə tutulub. Hər üç tamaşaya teatrın baş rejissoru Vüsal Mehrəliyev quruluş verəcək.