Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq artisti, bəstəkar Nəriman Məmmədovun yaradıcılığına həsr olunmuş konsert keçirilib.

Filarmoniyadan bildirilib ki, konsert proqramında Nəriman Məmmədovun əsərləri səsləndirilib.

F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının instrumental heyətinin müşayiəti ilə solistlər – Əməkdar artistlər Gülüstan Əliyeva, Ehtiram Hüseynov, Sevinc Sarıyeva, xanəndələr Rəvanə Qurbanova, Sərxan Bünyadzadə, Nurlan Əzizbəyli, Vəfa Vəzirova, Nurlana Abdullayeva, Kamran Şəkərov və Murad Laçın öz ifalarını dinləyicilərə təqdim ediblər.