Мüslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin növbəti konserti keçirilib.

Filarmoniyadan bildirilib ki, orkestri dirijor Mustafa Mehmandarov idarə edib. Orkestrin müşayiəti ilə solist Nicat Məmmədov (fleyta) ifasını dinləyicilərə təqdim edib.

Proqramda Maurice Ravelin “Ma mère l’oye” süitası, Joaquín Rodriqonun “fleyta və orkestr üçün konsert-pastoral”ı (Bakıda ilk ifa), Manuel de Fallanın “El sombrero de tres picos”, 2 saylı süitası (Bakıda ilk ifa) səslənib.