Yanvarın 27-də Mil-Muğan Regional Mədəniyyət İdarəsi (RMİ) və Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin (RGİİ) birgə təşkilatçılığı ilə Azərbaycan Gimnastika Federasiyasının (AGF) Sabirabad rayon Mədəniyyət Mərkəzində bədii gimnastika dərnəyi açılıb və dərnəyin ilk məşqi olub.

Mil-Muğan RGİİ-nin rəisi Nadir Quliyev deyib ki, dövlət tərəfindən Sabirabad rayonunda idmanın inkişafı üçün hər cür şərait yaradılıb. Bədii gimnastikaya da regionda böyük maraq var.

Mil-Muğan RMİ-nin rəis müavini Telman Əzimov gimnastika dərnəyinə göstərilən marağa görə valideynlərə minnətdarlığını bildirib, dərslərə qoşulan uşaqlara uğurlar diləyib.

Valideynlər yaradılan şəraitə görə təşkilatçılara təşəkkür ediblər.

İlk məşqdə 10-dan çox azyaşlı və yeniyetmə iştirak edib.

Qeyd edək ki, dərslər həftənin şənbə və  bazar günləri AGF-nin məşqçisi Reyhan Məmmədzadə tərəfindən aparılacaq.