Astara rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsində “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib.

Kitabxananın şöbə müdiri Gülüstan Dadaşova bildirib ki, bəşəriyyətin ən ağrılı problemlərindən olan narkomaniya bütün cəmiyyət üçün eyni dərəcədə təhlükəlidir.

Qeyd olunub ki, Azərbaycanda narkomaniya ilə mübarizə məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılıb. Narkomaniya əleyhinə aparılan tədbirlər hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzindədir.

Astara şəhər M.Ə.Sabir adına 1 nömrəli tam orta məktəbin psixoloqu Elsura Nəzirova və Uşaq şöbəsinin əməkdaşı Aysel Əhmədova mövzu ətrafında çıxış ediblər.