Fevralın 4-də Laçın şəhərindəki “LaCinema” kinoteatrının nəzdində “Simurq” adlı kitabxananın açılışı olub.

Kitabxanaya bu ad Laçına yeni köçmüş sakinlərin təşəbbüsü ilə görkəmli maarifçi, yazıçı Tağı Şahbazi Simurğun şərəfinə verilib. Xatırladaq ki, Laçın şəhərinin adını 1923-1926-cı illərdə Azərbaycan MİK-in (hökumətin) katibi olmuş Tağı Şahbazi təklif etmişdi.

Yeni yaradılan kitabxanaya M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası da öz töhfəsini verib və buraya 185 nüsxə kitab göndərib.

Açılış mərasimində ölkəmizdə ilk mobil kitab tətbiqi – “Audiokitab”ın keçirdiyi oyun-müsabiqədə məktəblilər fəal iştirak ediblər.

Bəstəkar, pianoçu Sevda Rəhimova, tarzən Zəfər Əhmədli, pianoçu Şahin Yahyazadə, caz pianoçu İsa Bağırov, zərb alətləri ifaçısı Məhəmməd İbrahimli konsert proqramı ilə çıxış ediblər.