Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin (RMİ) dəstəyi və Biləsuvar rayon Nihad Babayev adına Xırmandalı kənd Uşaq incəsənət məktəbinin təşkilatçılığı ilə Milli Qəhrəman Mübariz İbrahimovun (1988-2010) doğum günü (7 fevral) qeyd olunub.

Biləsuvar rayonunda yerləşən Mübariz İbrahimovun Xatirə Muzeyində təşkil olunan tədbirdə Milli Qəhrəmanın atası Ağakərim İbrahimov, Şirvan-Salyan RMİ-nin rəisi Şahin Şahbazov, Xırmandalı kənd Uşaq incəsənət məktəbinin kollektivi iştirak edib. Tədbirdə qəhrəman şəhidin döyüş yolundan söhbət açılıb, onun haqqında xatirələr dilə gətirilib.

Sonda Xırmandalı kənd Uşaq incəsənət məktəbi şagirdlərinin Mübariz İbrahimova həsr etdikləri rəsmlərdən ibarət sərgiyə baxış olub.