Astara rayon Heydər Əliyev Mərkəzində dünyaşöhrətli bəstəkar, pedaqoq, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Qara Qarayevin (1918–1982) anadan olmasının 106-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.

“Qara Qarayev dünya musiqi mədəniyyətinin nadir simalarındandır” adlı tədbirdə bəstəkarın həyat və yaradıcılığından bəhs edən film nümayiş olunub.

Çıxışlarda  Qara Qarayevin bəstəkar və müəllim kimi Azərbaycan musiqi mədəniyyətinə böyük töhfələr verdiyi vurğulanıb. Ulu öndər Heydər Əliyevin görkəmli mədəniyyət xadimlərinə, o cümlədən Qara Qarayevə göstərdiyi diqqət və qayğıdan söz açılıb.

Sonda şagirdlərin sualları cavablandırılıb.