Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Niyazi adına 22 nömrəli Uşaq musiqi məktəbində Şərqdə ilk opera yazan qadın bəstəkar, Xalq artisti Şəfiqə Axundovanın (1924-2013) 100 illiyinə həsr olunan tədbir keçirilib.

Tədbirdə Şəfiqə Axundovanın həyat və yaradıcılığından söz açılıb. Qeyd olunub ki, Şəfiqə Axundova “Gəlin qayası” operası, "Ev bizim, sirr bizim" operettası, bir çox instrumental əsərləri, “Leyla”, “Bəxtiyar ellər”, “Zəfər marşı”, “Zəfər bizimdir”, “Ana Vətən” və s. mahnıları, Nizami Gəncəvinin sözlərinə bəstələdiyi “Nə gözəl” və “Cahanda” və s. romansları ilə musiqi salnaməmizi zənginləşdirib.

Bildirilib ki, musiqi mədəniyyətimizin inkişafına mühüm töhfələr verən bəstəkarın yaradıcılığı hər zaman dövlətimiz tərəfindən yüksək qiymətləndirilib.

Bədii hissədə məktəbin şagirdləri, xor kollektivi çıxış edib.