Amerikalı rejissor Frensis Ford Koppolanın lentə aldığı “Meqalapolis” filmindən ilk kadrlar təqdim olunub.

Əsas rolu Adam Driverin ifa etdiyi ekran əsərinin bu ilin sonlarında ekranlara çıxması planlaşdırılır.

Büdcəsi 120 milyon dollardan çox olan filmdə dağıdıcı fəlakətdən sonra Nyu-York şəhərini yenidən qurmaq istəyən bir memardan bəhs edilir.

Filmin həm də ssenari müəllifi olan Frensis Ford Koppola Roma senatoru Lusius Katilina və Markus Tullius Siseronun vəhşi və ölümcül bir sui-qəsdin qarışdığı hekayədən ilhamlanıb.