F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı, “Azərbaycan Kitab, Maarif və Poliqrafçılar” İctimai Birliyinin dəstəyi ilə fevralın 14-də Bakıdakı 1 saylı Uşaq evi ziyarət olunub.

Kitabxananın bir qrup əməkdaşı və uşaq yazarı Sevinc Nuruqızının iştirak etdiyi görüş “Beynəlxalq Kitab Bağışlama Günü” münasibətilə təşkil olunub.

Qonaqlar uşaqların əl işlərinə, çəkdikləri rəsmlərə baxıblar. Uşaq evi sakinlərinin ifasında rəqslər də maraqla qarşılanıb.

Görüşün sonunda Respublika Uşaq Kitabxanası və ictimai birlik adından uşaqlara müxtəlif yaş qruplarına dair 275 nüsxə kitab və “Göy qurşağı” uşaq jurnalı hədiyyə edilib.

***

Həmin gün kitabxananın əməkdaşları və S.Nuruqızı “Beynəlxalq Kitab Bağışlama Günü” ilə əlaqədar 207 nömrəli tam orta məktəbdə təşkil olunan tədbirdə iştirak ediblər.

Kitabxananın əməkdaşları məktəbin kitabxanasına müxtəlif nəşrlər bağışlayıb. S.Nuruqızı məktəbliləri əlamətdar gün münasibətilə təbrik edib. Daha sonra şagirdlərlə birlikdə müəllifin dərsliklərə salınmış hekayələri müzakirə olunub.  “Dünyada nə var Vətəndən uca” adlı şeirini səsləndirən S.Nuruqızı məktəblilərlə birlikdə öz əsərləri ətrafında sual-cavab edib.

Sonda məktəblilər tərəfindən çəkilmiş rəsmlər Respublika Uşaq Kitabxanasına və yazıçıya hədiyyə edilib və xatirə şəkilləri çəkdirilib.