Fevralın 16-da Azərbaycan Dövlət Kukla Teatrında “Leyləyin hədiyyəsi” tamaşası nümayiş olunacaq.

Özbək xalq nağılı olan “Vur, dəyənək!” əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Əməkdar artist Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubovadır.

Özbək mahnı və rəqslərindən də istifadə edilən səhnə əsərində uşaqlara dürüstlük, qətiyyət və mübarizlik aşılanır.