Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə teatrların ölkə daxilində qastrol səfərləri davam edir.

Layihə çərçivəsində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının “İnanıram" monotamaşası fevralın 22-də saat 18:00-da Sumqayıt Dövlət Dram Teatrının səhnəsində nümayiş olunacaq.

Ülviyyə Heydərovanın əsəri əsasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru Elşad Rəhimzadə, musiqi tərtibatçısı Aygül Quliyevadır.

44 günlük Vətən müharibəsinə həsr edilən tamaşada ana obrazını Zemfira Əbdülsəmədova canlandırır.