Fevralin 20-21-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasında 176, 270 və 234 saylı tam orta məktəblərin və İdrak Liseyinin rus bölməsi şagirdlərinin təqdimatında Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir təşkil edilib.

Məktəblilər kitabxananın kiçik oxu zallarında Yəhya Kərimovun “Dilimizi öyrənək”, Sevinc Nuruqızının “Qədim Bakıya səyahət”, “Melisa” adlı kitabları ilə tanış olublar.

B.Vahabzadənin “Ana dili”, M.Müşfiqin “Ana dili”, T.Bayramın “Ana dilim” şeirləri və kompozisiyalar, videoslayd təqdim edilib.

***

Milli Kitabxananın əməkdaşları tərəfindən “21 fevral – Beynəlxalq Ana Dili Günü” adlı virtual və eyniadlı ənənəvi sərgi hazırlanıb.

Virtual sərgidə fotolar, dövri mətbuat səhifələrində dərc olunan məqalələr, mövzu haqqında kitablar təqdim olunur.

Ənənəvi sərgidə isə Milli Kitabxananın fondunda mühafizə olunan Azərbaycan dilinə və digər dillərə aid kitablar nümayiş etdirilir.