“Muzeydə musiqi” layihəsində növbəti konsert

 

Mədəniyyət Nazirliyi və Milli İncəsənət Muzeyinin təşkilatçılığı ilə keçirilən “Muzeydə musiqi” layihəsi çərçivəsində növbəti konsert olub.

“Zəfər qanadlarında” adlı konsert proqramı Əməkdar incəsənət xadimi Əlibala Rzayevin bədii rəhbərliyi və baş dirijorluğu ilə Dövlət Nəfəs Alətləri Orkestri tərəfindən təqdim edilib.

Konsertdə Q.Qarayev, V.Adıgözəlov, Ə.Əliyev, İ.Ştrauss, A.Silvestr, V.Handi və digər Azərbaycan və dünya bəstəkarlarının yaradıcılığına aid məşhur marş və caz musiqiləri səsləndirilib.

Böyük maraqla qarşılanan musiqi axşamı həmçinin muzeyin kolleksiyasına aid hərbi mövzulu əsərlər haqqında tematik ekskursiya ilə müşayiət edilib.