Ağdam Dövlət Dram Teatrında (Quzanlı qəsəbəsi) Xanirə Röyanın “Qisas” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olub.

Tamaşanın quruluşçu rejissoru K.Həsənov, quruluşçu rəssamı M.Qarayev, musiqi tərtibatçısı A.Şükürov, rejissor assistenti isə X.Abdullazadədir. Rolları teatrın aktyorları Əməkdar artist Aidə Qasımova, Kərim Həsənov, Afəridə Əhmədova, Xəyalə Xudadatova, Anar Əhmədov, Ülviyyə Əhmədova, Camal Zamanov, Vüqar Mərdanov və Rüstəm Məmmədov ifa ediblər.

Nümayişdən sonra teatrın direktoru Məhəmməd Hüseynov bildirib ki, bu yaxınlarda Təranə Məmmədlinin “Tor” tamaşasının təqdimatı olub. Hazırda Şahnaz Şahinin “Mübariz” tamaşası üzərində məşqlər gedir. Bu ilin repertuarına həmçinin Mirzə Fətəli Axundzadənin “Hacı Qara”, Əbdürrəhim bəy Haqverdiyevin “Yeyərsən qaz ətini, görərsən ləzzətini”, Çingiz Ələsgərlinin “Olmayanlar olanda” tamaşaları daxil edilib.

“Qisas” tamaşası haqqında ətraflı növbəti sayımızda.

Nurəddin