Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin təşkilatçılığı ilə ərsəyə gələn “Muzeydə musiqi” layihəsi çərçivəsində növbəti konsert keçirilib.

“Milli musiqi gecəsi” adlı konsert proqramı Beynəlxalq Muğam Mərkəzinin solistləri Əməkdar artist Sevinc Sarıyeva, xanəndələr Elgiz Əliyev, Murad Laçın, Səbinə Ərəbli, Günay İmamverdiyevanın iştirakı ilə təqdim olunub. Xanəndələri tarda Rüstəm Müslümov, kamançada Elnur Salahov, balabanda Rafael Əsgərov, qanun ifaçısı Məhta Məhəmmədəlizadə, nağarada Siyavuş Kərimov müşayiət ediblər.

Konsert çərçivəsində muzeydə açılan “Salam, Novruz!” tematik sərgisinə ekskursiya da keçirilib.