Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə teatrların qastrol səfərləri çərçivəsində Salyan Dövlət Kukla Teatrı martın 1-də Gəncə şəhərinə səfər edib.

Yaradıcı heyət Gəncədəki həmkarlarının səhnəsində mərhum kuklaçı, Əməkdar artist Ələkbər Hüseynovun müəllifi olduğu "Xoşbəxtlik quşu" pyesi əsasında hazırlanan eyniadlı tamaşa ilə çıxış ediblər.

Teatrın direktoru Əməkdar mədəniyyət işçisi Laləzar Hüseynovanın quruluş verdiyi tamaşa maraqla qarşılanıb.