Mədəniyyət naziri Adil Kərimlinin martın 6-da Zaqatala rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib.

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, mədəniyyət naziri tərəfindən martın 7-də saat 10:00-da Zaqatala rayonu Heydər Əliyev Mərkəzində (Zaqatala şəhəri, Car küçəsi küçəsi 1) Balakən, Qax, Qəbələ, Oğuz, Şəki, Zaqatala rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.

Nazirlikdən bildirilib ki, qəbulla bağlı müraciətin müddəti artıq başa çatıb.