Hər il martın 5-i ölkəmizdə Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Bu tarix Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli sərəncamına əsasən qeyd edilir.

Əlamətdar gün münasibətilə Neftçala rayon Heydər Əliyev Mərkəzində “Göy qurşağı” rəsm dərnəyinin müsabiqəsi təşkil olunub. Müsabiqədə 20 yeniyetmə və gənc verilən birsaatlıq müddətdə idman mövzusunda sərbəst texnika seçimi ilə rəsm çəkib. İki yaş qrupunda Aysu Məmmədli və Ayla Nağıyeva I, Məryəm Babaşova və Fizzə Məmmədova II, Zəhra Oruclu və Aydan İsazadə isə III yerlərə layiq görülüblər.

***

Kəlbəcər rayon MKS-nin (müvəqqəti Gəncə şəhərində yerləşir) Oxuculara xidmət və  Uşaq şöbələri “İdman uşaqların gözü ilə” başlıqlı sərgi keçirib. Uşaqların əl işləri nümayiş olunub.

Şərqi Zəngəzur RMİ, RTİ və RGİİ-nin birgə təşkilatçılığı ilə “Yaşıl dünya və idman uşaqların gözü ilə” adlı rəsm sərgisi keçirilib.

***

Astara rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsində “Sağlamlığın yolu idmandan başlayır” mövzusunda tədbir keçirilib.

Masallı Dövlət Rəsm Qalereyasında isə “İdman və yaşıl dünya” başlığı altında sərgi təşkil edilib. Sərgidə idman mövzusunda Qüdrət Babayev adına Mahmudavar kənd ümumi orta məktəbin şagirdləri Əlihüseyn Əsgərov, Günel Sadıqova, Aylin Nəsirova, Səbinə Axundova və Tunay Əzimovanın əl işlərindən ibarət rəsm əsərləri nümayiş olunub.

N.Məmmədli