Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının əməkdaşları Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar qala-şəhərimizin tanınmış şəxsiyyətlərinə həsr olunmuş videoçarx hazırlayıblar.

Videoçarxda Qarabağ xanlığı dövründə yaradıcılıq fəaliyyətləri ilə məşğul olan Əbülfət xan, Cəfərqulu xan, Azərbaycanın elm və ədəbiyyat tarixində özünəməxsus yeri olan Qasım bəy Zakir, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Firidun bəy Köçərli, Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Sani Axundov, Əhməd bəy Ağaoğlu, Üzeyir Hacıbəyli, Yusif Vəzir Çəmənzəminli, Məhəmmədhəsən bəy Vəliyev haqqında məlumatlar əks olunub.

Burada həmçinin Ağabəyim ağa, Gövhər ağa, Xurşidbanu Natəvan və Həmidə xanım Cavanşir haqqında məlumatlar verilib.

Videoçarxı aşağıdakı linkə keçid etməklə izləmə mümkündür: https://www.youtube.com/watch?v=PRt5yqeZylU