Neftçala rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə İsveçdə yaşayan həmyerlimiz, yazıçı Eluca Atalının Neftçala şəhər Samid İmanov adına 1 saylı tam orta məktəbdə şagirdlərlə görüşü keçirilib.

Görüşdə şagirdlərlə yanaşı, mədəniyyət və təhsil işçiləri, ədəbiyyatsevərlər iştirak ediblər.

Əvvəlcə Aprel döyüşlərinin şəhid mayoru, Milli Qəhrəman Samid İmanovun abidəsi önünə gül dəstələri düzülüb.

Neftçala rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Məmmədova Eluca Atalının yaradıcılığı haqqında ətraflı məlumat verib.

Daha sonra yazıçı uşaqlar üçün qələmə aldığı “Uzaq səfərin qəribə sonluğu”, “Odunçunun nağılı”, “Ənqa quşu” və digər kitabları haqqında danışıb. Bildirib ki, belə görüşləri keçirməkdə məqsəd şagirdlərdə oxu mədəniyyətini formalaşdırmaq və onların kitaba olan marağını artırmaqdır. 

Görüşün sonunda yazıçı şagirdlərin suallarını cavablandırıb, kitablarını onlar üçün imzalayıb.

Nurəddin