“Loli” adlı səyyar sirk Beyləqanda balacaların qonağı olub. Beyləqan rayon Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə rayon Olimpiya İdman Kompleksində keçirilən şou-proqramda şən klounlar, illüziyaçı və akrobatlar, kəndirbazlar maraqlı nömrələrlə çıxış ediblər.

Təqdim olunan bir-birindən maraqlı çıxışlar, xüsusilə əhliləşdirilmiş itlərlə, halqalarla rəqs edən göyərçinlər, həmçinin ilanla maraqlı şoular uşaqlara unudulmaz anlar yaşadıb.

Nurəddin