Paytaxt məktəblilərinin Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Heydər Əliyev mərkəzlərinə ekskursiyaları davam edir.

288, 184 nömrəli tam orta məktəblərin müəllim və şagird kollektivinin Qaradağ rayon Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub.

Ekskursiya zamanı şagirdlərə Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə gəlməsi ilə dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımların Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl olduğu qeyd olunub.

Daha sonra şagirdlər mərkəzin zalında “Əhməd haradadır?” və “Mən mahnı qoşuram” bədii filmlərini izləyiblər.