Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Niyazi adına 22 nömrəli Uşaq musiqi məktəbinin şagirdləri Fransa və Qazaxıstanın təşkilatçılığı ilə onlayn keçirilən "Paris open music" II beynəlxalq vokal-instrumental müsabiqəsində uğurla iştirak ediblər.

Emilia Əzizova və Dəniz Nağdəliyeva fortepiano nominasiyası üzrə 8-10 yaş kateqoriyasında II dərəcəli laureat adına layiq görülüblər.

Şagirdləri müsabiqəyə hazırlayan müəllim Gültəkin Səmədzadə isə münsiflər heyəti tərəfindən təşəkkürnamə ilə təltif olunub.

***

A.Məlikov adına 11 nömrəli onbirillik Musiqi məktəbinin şagirdləri Türkiyənin Caspi Art Sanat və Sanatsal Egitim Hizmetleri TİC.LTD.ŞTİ-nin  təşkilatçılığı ilə onlayn keçirilən “CA Cantabile” adlı X beynəlxalq musiqi müsabiqəsində uğur qazanıblar.

Məktəbin I sinif şagirdləri Xədicə Xanlarzadə (fortepiano), Mikayıl Məmmədli (skripka) I dərəcəli diplomla, fortepiano ixtisası üzrə I sinif şagirdi Nigar Qurbanlı II dərəcəli diplomla təltif olunublar.

Şagirdləri ixtisas müəllimləri Roza Parmas, Zümrüd Səfizadə və Nurlanə Rəsulova təşəkkürnamə ilə təltif ediliblər.