Martın 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Türkiyənin Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumunun nümayəndə heyəti ilə görüş keçirilib.

Universitetdən bildirilib ki, görüşdə ADPU-nun rektoru, professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov, beynəlxalq əlaqələr üzrə prorektor, professor Mahirə Hüseynova, Filologiya fakültəsinin dekanı, Könül Həsənova, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova, Beynəlxalq layihələr və qrantlar şöbəsinin mütəxəssisi Ülkər Abdullayeva, Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumunun rəhbəri, professor Dərya Örs, Türk Tarix Qurumunun rəhbəri, professor Yüksəl Özgən, Türk Dil Qurumunun rəhbəri, professor Osman Mərd, Türkiyə Elmlər Akademiyasının rəhbəri, professor Müzəffər Şəkər və Türkiyənin Bakıdakı mədəniyyət attaşesi, professor Mühiddin Məcid iştirak ediblər.

Görüş əsnasında tərəflər təmsil etdikləri müəssisələr və gördükləri işlər barədə bir-birlərinə ətraflı məlumat verərək mümkün əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Sonda xatirə hədiyyələri təqdim edilib və qonaqlar ADPU-nun əsas tədris binası ilə tanış olublar.