Babək Rayon Mədəniyyət İdarəsində görkəmli yazıçı-dramaturq Cəfər Cabbarlının 125 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Çıxış edənlər C.Cabbarlının milli ədəbiyyatın parlaq ənənələrini qorumaqla yanaşı, ədəbi-mədəni, ictimai mühitdə yenilik və müasirlik uğrunda mübarizəni yaradıcılığının əsas qayəsinə çevirdiyini bildiriblər. Qeyd edilib ki, yaratdığı güclü xarakterlər və koloritli obrazlarla bədii-estetik fikir salnaməmizə misilsiz töhfələr verən C.Cabbarlı şəxsiyyət azadlığının və humanizmin, milli azadlıq və istiqlal ideallarının tərənnümçüsü olub, çoxcəhətli ədəbi və ictimai fəaliyyəti ilə xalqımızın dünya mədəniyyəti səhnəsində layiqli mövqe qazanmasına çalışıb.

Tədbir bədii hissə ilə yekunlaşıb.