Biləsuvar rayon Heydər Əliyev Mərkəzi, Şirvan-Salyan RGİİ-nin və Şirvan-Salyan RTİ-nin rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə “Xalqımızın milli-mənəvi dəyərləri” mövzusunda “Breyn-rinq” intellektual oyunu üzrə rayon birinciliyi keçirilib.

Əvvəlcə Ulu öndərin həyat yolu və siyasi fəaliyyətinin bütün dövrlərini əhatə edən fotostendlərə baxış olub.

Tədbirdə çıxış edənlər Heydər Əliyevin zəngin dövlətçilik ənənələrindən, Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimizin qorunmasına və inkişafına diqqət və qayğısından danışıblar. Qeyd olunub ki, öz qədim tarixi irsinə, milli-mənəvi, maddi-mədəni dəyərlərinə sadiq qalan hər bir gənc vətənə məhəbbət, torpağa sədaqət ruhunda tərbiyə olunmalıdır.

Daha sonra yarışa başlanılıb. 8 ümumtəhsil məktəbin 48 gəncin iştirak etdiyi yarışda Çinarlı kənd tam orta məktəbinin komandası I, Bağbanlar məktəbinin komandası II, Təzəkənd kənd məktəbinin komandası isə III yerə layiq görülüb.

Qalib komandalar mükafatlandırılıb.