Gəncə şəhər Heydər Əliyev Mərkəzində “Mədəniyyət Könüllüləri” İctimai Birliyi və Gəncə-Daşkəsən RMİ-nin könüllülərinin “Mədəniyyətə könül ver!” devizi altında görüşü keçirilib. 

Gəncə-Daşkəsən RMİ Mədəniyyət müəssisələri ilə iş sektorunun müdiri Nurəddin Babazadə, Gəncə Dövlət Filarmoniyasının direktoru Əməkdar artist Ramil Qasımov, KOBİA-nın əməkdaşı Anar Əliyev və “Mədəniyyət Könüllüləri” İB-nin sədri Ülviyyə Bəbirli çıxış ediblər. Mədəniyyət sahəsində könüllülüyün əhəmiyyətindən bəhs edilib, gənclərimizin bu prosesdə aktiv iştirakının təqdirəlayiq olduğu bildirilib.

Görüşdən sonra Nizami Gəncəvinin məqbərəsi və muzeyi ziyarət edilib. Gəncə Dövlət Filarmoniyasında gəncəli mədəniyyət könüllüləri tərəfindən hazırlanmış “Novruz şənliyi” tamaşası təqdim edilib.