AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Əlyazmaların bərpası texnologiyası” mövzusunda elmi sessiya keçirilib.

Elm Günü (27 mart) münasibətilə gerçəkləşən sessiyada Bakı Dövlət Universiteti və Bakı Slavyan Universitetinin tələbələri iştirak ediblər.

Sessiyada institutun Əlyazmaların gigiyenası və bərpası laboratoriyasının müdiri Zaur Orucov “Əlyazmaların bərpası işinin təşkili” mövzusunda məruzə ilə çıxış edib. O, institutda qorunub saxlanılan əlyazmaların bərpası prosesində elmin nailiyyətlərindən istifadə etməklə onların texniki səviyyəsinin yüksəldilməsi, aşkar olunduğu qədim memarlıq abidələri, bu əlyazma abidələri üzərində həkk edilən işarələrin məna cəhətdən əhəmiyyətindən danışıb.

Alim tərəfindən müxtəlif vaxtlarda bərpa edilmiş bir sıra əlyazma nüsxələri əsasında hazırlanan slayd nümayiş etdirib.

Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb, tələbələri maraqlandıran suallar cavablandırılıb.