Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə paytaxtda fəaliyyət göstərən teatrların şəhər və rayonlara qastrol səfərləri davam edir.

Layihə çərçivəsində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Şəki teatrsevərlərinin qonağı olub. Kollektiv beynəlxalq peşə bayramı, 27 mart – Dünya Teatr Günündə Şəki Dövlət Dram Teatrının səhnəsində Avksenti Saqarelinin “Xanuma” tamaşasını təqdim edib.

Tamaşada Xalq artistləri Bəsti Cəfərova, Cəfər Namiq Kamal, Hacı İsmayılov, Səidə Quliyeva, Kazım Abdullayev, Əməkdar artistlər Mətanət Atakişiyeva, Məsmə Aslanqızı, Elşən Rüstəmov, Elşən Cəbrayılov, Şəlalə Şahvələdqızı, Elnar Qarayev, aktyorlar Ramin Şıxəliyev, Vüsal Mustafayev, Elçin Əfəndi, Tural İbrahimov və Şəki şəhər 2 saylı musiqi məktəbinin müəllimi Vəfa Əliyeva çıxış edib.

Mikayıl Mikayılovun quruluşunda hazırlanan tamaşanın rəssamı Mustafa Mustafayevdir. Rəqslərin quruluşu Zakir və Yelena Ağayevlərə məxsusdur.

Səhnə əsəri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.