Martın 29-da “Baby Star” uşaq bağçasında rus bölməsinin uşaqları F.Köçərli adına Respublika Uşaq Kitabxanasına ekskursiya ediblər.

Ekskursiyanın keçirilməsində əsas məqsəd uşaqları kitabxana ilə tanış etmək və onlarda kitaba marağı artırmaqdır.

Balacalar “nağıl otağı”nda cizgi filmini izləyib, “Düyməcik” nağılını dinləyiblər.

Daha sonra kiçik oxu zalında səsli nağıl kitabları və oyuncaqlı pazllarla tanışlıq olub.