“Baby Star” uşaq bağçasında rus bölməsinin fidanları F.Köçərli adına Respublika Uşaq Kitabxanasına ekskursiya ediblər.

Ekskursiyanın keçirilməsində məqsəd uşaqları kitabxana ilə tanış etmək və onlarda kitaba marağı artırmaqdır.

Balacalar “nağıl otağı”nda cizgi filmini izləyib, “Düyməcik” nağılını dinləyiblər.

Daha sonra uşaqlar kiçik oxu zalında səsli nağıl kitablar və oyuncaq pazllarla tanış olublar.