Mingəçevir Turizm Kollecinin tələbələri peşə və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş “Sən elə bir zirvəsən...” respublika ifaçılıq müsabiqəsində iştirak edib.

Rəqs nominasiyasında Türkanə Həşimli və Toğrul Məmmədov “Naz eləmə” rəqsi ilə müsabiqənin region mərhələsində birinci yerə layiq görülüblər. Bununla onlar müsabiqənin aprelin 18-də Bakıda keçiriləcək respublika mərhələsinə vəsiqə qazanıblar.

Kolleci şeir nominasiyasında təmsil edən Elton Əliyev isə “Azərbaycan” şeiri ilə region mərhələsinin ikincisi olub.