AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Elmi şurasının qərarı ilə “Qarabağ tarixi əski çap kitablarında” adlı izahlı kataloq işıq üzü görüb.

Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi münasibətilə Əlyazmalar İnstitutunun materialları əsasında hazırlanmış kataloqun tərtibçisi tarix üzrə elmlər doktoru, professor Tahirə Həsənzadə, redaktoru tarix üzrə fəlsəfə doktoru, dosent Cavid Cəfərovdur. Onlar həm də kataloqa geniş ön söz yazıblar.

Kitaba Qarabağ tarixini əks etdirən Azərbaycan, türk, rus, fars dillərində 70-dən artıq əsərin biblioqrafik təsviri və tematik tədqiqat nəticəsində Qarabağ tarixi ilə bağlı müəyyənləşdirilmiş müvafiq parçalar daxil edilib.

Yeni nəşrin elmi məsləhətçisi institutun direktoru akademik Teymur Kərimlidir.