Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) tələbələrin bədii yaradıcılıq festivalının baxış mərhələsi keçirilib.

Bu barədə ADPU-dan bildirilib. Prorektor Fikrət Rzayev, Əməkdar incəsənət xadimi, yekun konsertin quruluşçu rejissoru Hafiz Quliyev, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin şöbə müdiri Rüstəm Nəzirov, ADPU Həmkarlar İttifaqı Komitəsinin sədri dosent Vaqif Əliyev, ADPU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Cəmilə Qurbanova, Bakı Xoreoqrafiya Akademiyasının müəllimi Nigar Şahmuradova və tarzən Arslan Növrəsli tələbələrin çıxışlarını dinləyiblər.

Festivalın baxış mərhələsində ADPU tələbələrinin ifasında rəngarəng şeir, musiqi və rəqs nömrələri təqdim olunub.

Festival qaliblərinin yekun konsertinin may ayının birinci ongünlüyündə keçirilməsi nəzərdə tutulur. Qaliblər Elm və Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Komitəsinin diplom və mükafatları ilə təltif ediləcəklər.