Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 4 nömrəli kitabxana filialı 2016-cı ilin Aprel döyüşlərinin 8-ci ildönümü ilə əlaqədar “Böyük Zəfərin başlanğıcı” adlı tədbir keçirib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Ordusunun rəşadətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə böyük Zəfərin başlanğıcı olan Aprel döyüşləri haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini bütün dünyaya nümayiş etdirib.

Sonda vətənpərvərlik mövzusunda şeirlər söylənilib.