Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin tabeliyindəki Yevlax şəhər 1 nömrəli Uşaq musiqi məktəbində “Emin Sabitoğlunun həyat və yaradıcılığına səyahət” adlı tədbir təşkil edilib.

Çıxışlarda qeyd olunub ki, Azərbaycan musiqisi tarixində silinməz iz qoymuş Emin Sabitoğlu (1937–2000) milli bəstəkarlıq məktəbinin layiqli nümayəndələrindən biridir. Xalq artisti, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli bəstəkarın film və tamaşalara yazdığı musiqiləri dillər əzbəridir, ayrı-ayrı müğənnilərin repertuarında geniş yer tutur. O, 600-dən çox mahnının, 9 musiqili komediyanın, 40-a yaxın film musiqilərinin müəllifidir.

Konsert proqramı ilə davam edən tədbirdə məktəbin müəllim kollektivinin təqdimatında bəstəkarın dillər əzbəri olan musiqiləri səsləndirilib.

Emin Sabitoğlu musiqisi tamaşaçılara emosional təsir bağışlayaraq onlarda xoş ovqat yaradıb.